Orta məktəb

Kembric Orta Təhsil Sistemində Yoxlama Proseduru

Kembric Orta təhsil sistemində Yoxlama proseduru təhsil müddətinin sonunda məktəbliləri qiymətləndirmək üçün nəzərdə tutulmuşdur. İngilis dili ikinci dil olduğundan, bu yoxlama proseduru jngilis dili, riyaziyyat, təbiət elmi fənləri, həmçinin Kembric qlobal səviyyəli perspektivləri  nöqteyi-nəzərindən mümkündür. Bu yoxlama proseduru, məktəblilərin yeni təhsil mərhələsinə qədəm qoymasından əvvəl onların güclü və zəif tərəfləri haqqında dəyərli məlumat verir və məktəblinin çalışqanlığına dair xarici beynəlxalq göstərici (meyar) təqdim edir.

Hər bir məktəbliyə Kembric tərəfindən təhsildəki nailiyyəti haqqında arayış verilir. İmtahan komissiyası, ingilis dili ikinci dil olmaqla, ingilis dili, riyaziyyat və təbiət elmi fənləri üzrə Kembricdə qeydə alınan testlər ilə təmin edir.

Kembric Orta Təhsil oroqramı üzrə Yoxlamanın Qlobal misyaslı Perspektivləri kursunun məktəbliləri, müəllimlər tərəfindən qiymətləndirilən və xarici qaydada Kembric Beynəlxalq Məktəbi tərəfindən tənzimlənən qrup layihəsini təqdim edir.

Kembric Orta Təhsil Proqramının Beynəlxalq Ümumi Sertifikatı (KOTPBÜS)

Kemberic OTPBÜS qiymətləndirməsi kursun sonunda keçirilir və yazılı, şifahi, kurs işi və praktiki qiymətləndirilmə bura daxil edilə bilər. Bu, tələbələrin təhsil səviyyəsini nümayiş etdirməsi (başlıca olaraq, onların birinci ana dili ingilis dili deyilsə) imkanlarını genişləndirir. Burada Kembric Beynəlxalq Sertifikatının geniş bacarıqlar üçün uyğun olması baxımından bir çox fənlər üzrə əsas və genişləndirilmiş təhsil proqramı arasında seçim olur. Əsas təhsil proqramı çoxsaylı tələbələrin bacarığı çərçivəsində təmin edilir. Burada fənn haqqında tam məlumat verilir və bu proqramın hədəfi C-dən və G-ə qədər olan səviyyələri əldə edəcək tələbələrə doğru istiqamətləndirilmişdir. Genişləndirilmiş tədris proqramı isə daha çox akademik səviyyə üzrə nəzərdə tutulmuşdur. Bu proqramın hədəfi isə A* -dan E-ə qədər olan səviyyələri əldə etməsi gözlənilən tələbələr üçün nəzərdə tutulmuşdur. 

Kembric BS üzrə tədris proqramı, birinci dili ingilis dili olmayan tələbələr ilə yanaşı çoxsaylı bacarıqlara malik tələbələr üçün müxtəlif istiqamətlər təklif edir. Tələbələrin müxtəlif fənlərlə məşğul olmasını və bir-biri ilə əlaqə yaratmasını dəstəkləmək bizim əsas yanaşma tərzimizdir. Kembric BS məktəblər üçün yüksək səviyyəli resurslar və treyninq vasitəsilə dəstəklənən sərbəst və həvəsləndirici təhsil proqramı təklif edir.

Kembric Beynəlxalq Sertifikatı tələbələrə, yaradıcı düşünmə, sorğu aparma və problemin həlli sahələrində bacarıqlarını inkişaf etdirməklə çalışqanlılığını təkmilləşdirməyə köməklik göstərir. Bu, qabaqcıl təhsilə ən gözəl tramplindir.

Səviyyələr beynəlxalq miqyasda qəbul edilmiş və hər bir səviyyə üzrə çalışqanlılığın standartlarını izah edən aydın təlimatlar göstərilən A*-dan G-ə qədər səkkiz dərəcə ilə qiymətləndirilir.

Kembric Beynəlxalq Sertifikatı üzrə imtahanlar iyun və noyabr aylarında olmaqla, ildə iki dəfə keçirilir.

Kembric AS və A Səviyyəsi

Beynəlxalq Kembric A Səviyyəsi, bir qayda olaraq, iki illik kursdan ibarətdir və Beynəlxalq Kembric AS Səviyyəsi isə bir illik nəzərdə tutulmuşdur.

Beynəlxalq Kembric AS və A Səviyyəsi məktəblilərin aşağıdakı sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirir:

  • Fənnin hərtərəfli məzmunu
  • Müstəqil düşüncə
  • Yeni və məlum situasiyalara dair bilik və anlaşmanın təqdim olunması
  • Müxtəlif növ informasiya mənbələrinin təqdimatı və qiymətləndirilməsi
  • Məntiqi düşüncə tərzi, həmçinin yoluna qoyulmuş və ardıcıl arqumentlərin təqdim edilməsi
  • Mülahizələrin, tövsiyələrin və qərarların verilməsi
  • Əsaslı izahların verilməsi, nəticələrin başa düşülməsi və onların məntiqi və aydın şəkildə açıqlanması
  • İngilis dilində iş aparılması və ünsiyyət.

Məktəblilər Beynəlxalq Kembric AS və A Səviyyəsi kvalifikasiyasını əldə etmək üçün qiymətləndirmə variantlarında seçim edə bilər:

  1. Yalnız Beynəlxalq Kembric AS Səviyyəsini əldə etmək. Təhsil proqramının məzmunu Beynəlxalq Kembric A Səviyyəsinin yarısı həcmindədir.
  2. “Mərhələli” təhsil istiqamətini götürmək – bir imtahan ardıcıllığnda AS səviyyəsini götürmək və ardıcıl vahidlərdə son A Səviyyəsini tamamlamaq. AS Səviyyəsi qiymətləri 13 ay ərzində bütün A Səviyyəsinə ötürülə bilər.
  3. Kursun sonunda eyni imtahan sessiyasında bütün bütün A Səviyyə kurs işlərini götürmək.

Beynəlxalq Kembric AS və A Səviyyələrinin imtahanları iyun və noyabr olmaqla, ildə iki dəfə keçirilir. Nəticələr avqust və yanvar aylarında dərc olunur.

Məktəblinin götürdüyü hər bir fənn üzrə müxtəlif səviyyə verilir. Səviyyələr, çalışqanlılıq standartlarını izah etmək üçün aydın təlimatlar verən beynəlxalq qəbul edilmiş dərəcələrdən istifadə etməklə qiymətləndirilir.

Beynəlxalq Kembric A Səviyyəsi A* -dan (ən yüksək) E-ə qədər (minimum tələb edilən çalışqanlılıq) olan səviyyə şkalası üzrə təqdim olunur. AS səviyyələri üzrə A-dan E-ə qədər davam edən heç bir A* dərəcəsi yoxdur.

Edexcel (Beynəlxalq Qabaqcıl Səviyyə)

Qabaqcıl Köməkçi Səviyyə və ya Qabaqcıl Səviyyələr kimi məlum olan Edexcel AS/A səviyyələri dünya miqyaslı ən yüksək səviyyəli universitetlərə qəbul olmaq istəyən beynəlxalq məktəblilər üçün nəzərdə tutulmuşdur.

Modul qiymətləndirmə strukturu, tələbələr tam hazırlıqlı olan zaman imtahanları vermək rahatlığı təklif edir. Onlar fərdi imtahan verib fərdi səviyyə aldıqdan sonra bütün imtahan vahidlərini başa çatdırana qədər nəticə saxlanılır. Tələbələr tam kvalifikasiya dərəcəsini almaq üçün bütün imtahanları tam verirlər. Bu rahat yanaşma digər AS/A beynəlxalq səviyyələri üzrə “bütün və ya heç bir” xətti yanaşmasından fərqlənir.

İmtahanlar yanvar, iyun və oktyabrda bütün fənlər üzrə çoxlu imtahan imkanları ilə kurs boyu yayıldığı üçün yoxlama vahid hissələrə bölünür. Məktəblilərin eyni vaxtda az sayda imtahanlara diqqət yetirməsinə imkan yaradan nisbətən az “bütün və ya heç bir” imtahan dövrləri olur.

Pirson Edexcel Britaniya təhsil sisteminə hədəflənmiş dünya miqyaslı yüksək universitetlər tərəfindən qəbul edilmiş kvalifikasiyalar üzrə standartları müəyyən edir.

Beynəlxalq Edexcel Sertifikatı

Pirson Edexcel Beynəlxalq kvalifikasiyaları (9-1), məktəblilərin müvəffəqiyyətli inkişafına şərait yaradacaq beynəlxalq kontent və qiymətləndirmə ilə birlikdə Birləşmiş Krallığın Orta Təhsil Sertifikatı ilə müqayisə oluna bilər.

Pirson Edexcel Beynəlxalq Sertifikatında 9-1 dərəcə şkalasından istifadə olunur, bundan da Ofqual tənzimləyici sertifikatlarda da istifadə olunur. BK hökuməti standartları qaldırmaq və yüksək çalışqanlılığı qəbul etmək üçün yeni şkala təqdim etmişdir. Bu, (A*-G) səkkiz bal şkalasına (9-1) 9 şkala ilə nisbətdə məktəblilər arasındakı fərqi təkmilləşdirir. Bu o deməkdir ki, tələbələr ideal səviyyədə beynəlxalq A səviyyələrinə və ən yüksək səviyyəli dünya universitetlərinə keçid edirlər.