BSB-yə xoş gəlmisiniz

Direktorun Salamlaması

Bakıda Britaniya Məktəbinə xoş gəlmsiniz!

Fəaliyyətimizin on beşinci ilinə başlayacağımız üçün inanılmaz dərəcədə xoşbəxtik və bütün şagirdlərimizə bənzərsiz fürsətlər əldə etməyi vəd edərək əvvəlkindən daha yaxşı olmağın yollarını tapmağa çalışacağıq! Yeni ilimizi şagirdlərimizə və onların valideynlərinə bunu vəd edərək başlayarıq. Bu il xüsusi tədbirlər və müxtəlif sinifdənkənar dərnəklər və fərqli fəaliyyətlərlə yanaşı sinif otaqlarında maraqlı, mənalı, enerjili və ciddi işlər ilə seçiləcək.

Yüksək ixtisaslı peşəkar müəllimlərimiz və yardımçı heyətimiz şagirdlərimizə həm sinifdə, həm də sinifdən kənarda bir çox imkanlar ilə dəstək olmağa həmişə hazırdılar.

Bakıda Britaniya Məktəbinin İdarə Heyəti şagirdləri və valideynləri bizimlə əməkdaşlıq etməyə dəvət edir və birlikdə çox müsbət və məhsuldar bir ili keçirtməyi səbirsizliklə gözləyir! Övladınızın təhsilinə verdiyiniz töhfələri və dəstəyinizi yüksək qiymətləndiririk! Sizin fəal iştirakınız övladınızın məktəb illərində uğur qazanmasının açarıdır.Bilin ki, Bakıda Britaniya Məktəbində valideyinlər və məktəb arasında qurulan əməkdaşlığa yüksək qiymət verilir.  Məktəb- valideyn tərəfdaşlığının inkişafı həyati əhəmiyyət kəsb edir və hər bir şagirdin uğurunda mühüm rol oynayır.