5–11 dekabr 2025-ci il tarixlərində Bakı şəhərində keçirilən *OIC Mədəniyyət Festivalı: Baku Creative Week 2025* çərçivəsində müxtəlif ölkələrdən nümayəndələr bir araya gəldi və İslam dünyasının zəngin mədəni irsi nümayiş etdirildi. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə baş tutdu.
Bu mötəbər tədbirdə məktəbimizin müəllimi *Səbinə Abdullayeva* da fəal iştirak edərək təhsil ocağımızı və ölkəmizi qürurla təmsil etdi. Onun mədəniyyətin təbliği istiqamətində göstərdiyi təşəbbüs, yaradıcılığı və peşəkarlığı tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.
Səbinə müəllimənin bu uğurlu təmsilçiliyi həm məktəbimizin, həm də müəllim kollektivimizin fəxarət mənbəyidir. Ona gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq!


