






Təhsil keyfiyyətinin əsas dayaqlarından biri peşəkar müəllim heyətidir. Məktəbimizdə tədrisin keyfiyyətini yüksəltmək və müasir təhsil tələblərinə cavab vermək məqsədilə müəllimlər üçün mütəmadi olaraq CPD (Continuous Professional Development – Davamlı Peşəkar İnkişaf) sessiyaları təşkil olunur.
Bu sessiyalar müəllimlərimizin bilik və bacarıqlarını artırmağa, yeni metod və yanaşmaları öyrənməyə, həmçinin təcrübə mübadiləsi aparmağa imkan yaradır. Müxtəlif mövzularda keçirilən CPD-lər həm yerli, həm də beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanır və praktiki fayda baxımından xüsusi əhəmiyyət daşıyır.
Sessiyalar zamanı aşağıdakı istiqamətlərə diqqət yetirilir:
– Fənn üzrə innovativ tədris metodikaları
– Differensiallaşdırılmış təlimin tətbiqi
– Tənqidi düşüncə və yaradıcı yanaşmaların inkişafı
– Dəyərlərə əsaslanan təhsil
– Rəqəmsal texnologiyaların dərslərdə istifadəsi
– Şagird motivasiyası və sinifdaxili idarəetmə
Bu sessiyalar həmçinin müəllimlər arasında əməkdaşlığın gücləndirilməsinə, komanda ruhunun formalaşmasına və qarşılıqlı dəstəyin artmasına səbəb olur.
Məktəb rəhbərliyi olaraq inanırıq ki, müəllimlərin davamlı inkişafı şagirdlərin uğurlu gələcəyinin əsasını təşkil edir. Bu baxımdan, CPD sessiyaları məktəbimizin təhsil strategiyasının ayrılmaz hissəsidir və bu istiqamətdə fəaliyyətlərimiz davam etdiriləcək.
Peşəkar müəllim – uğurlu gələcək!
Məktəbimizdə biliklər daim yenilənir, bacarıqlar isə inkişaf etdirilir.


