Şekspir Günü – Səhnədə Ədəbiyyatın Sehrli Dünyası

Məktəbizimdə keçirilən ən sevilən ədəbi günlərdən biri olan “Şekspir Günü”  bu il də xüsusi bir ilham və yaradıcılıq atmosferində qeyd olundu. Tədbir zamanı şagirdlər dünya ədəbiyyatının dahi nümayəndəsi olan Uilyam Şekspirin məşhur əsərlərindən parçaları səhnələşdirərək unudulmaz bir tamaşa təqdim etdilər.

Tədbirin əsas məqsədi təkcə Şekspirin zəngin ədəbi irsini tanıtmaq deyildi – bu tədbir həm də şagirdlərin təqdimat bacarıqlarını, dil biliklərini, aktyorluq qabiliyyətlərini və komanda işini inkişaf etdirmək üçün möhtəşəm bir platforma oldu. Şagirdlər “Romeo və Cülyetta”, “Hamlet”, “Macbeth”, “Yay Gecəsi Röyası” və digər əsərlərdən seçilən səhnələri böyük coşqu ilə təqdim etdilər.

Tamaşalar üçün xüsusi dekorasiyalar hazırlandı, orijinal kostyumlar geyinildi və səhnə bədii üsluba uyğun şəkildə bəzədildi. Hər bir çıxış həm estetik cəhətdən, həm də məzmun baxımından tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılandı. Bu təqdimatlar məktəbdə yaradıcı düşüncə və sənətə dəyər verilməsinin əyani sübutu idi.

Bənzər yazılar

Şagirdimizlə vida müsahibəsi

Şagirdimizlə vida müsahibəsi Şagirdimiz Muhammad Abdullah ilə müsahibəmizi məmnuniyyətlə təqdim edirik. O, təəssüf ki, öz ölkəsinə qayıtdığı üçün məktəbimizdən ayrılıb. Biz onun üçün çox darıxacağıq

Read More »

Elm sərgisi

2025-ci ilin Elm Sərgisi British School in Baku-da böyük coşqu ilə qeyd olundu! Bu gün şagirdlərimiz fərqli mövzularda hazırladıqları elmi layihələri təqdim edərək, öz biliklərini,

Read More »