2024-2025-ci tədris ilindən etibarən məktəbdə ibtidai tədris pilləsində ingilis bölməsi ilə yanaşı rus bölməsi də fəaliyyət göstərəcək

2024-2025-ci tədris ilindən etibarən məktəbdə ibtidai tədris pilləsində ingilis bölməsi ilə yanaşı rus bölməsi də fəaliyyət göstərəcək. Rus bölməsində təhsil Milli Kurikulumun tələblərinə uyğun olaraq təşkil ediləcək. Şagirdlərə XXI əsrin tələblərinə cavab verən bacarıqların inkişaf etdirmək və mükəmməl dil bilikləri vermək məqsədi ilə proqrama Milli Kurrikulumda nəzərdə tutulmuş fənlərdən əlavə olaraq tanınmış beynəlxalq tədris proqramlarının vacib prinsiplərini özündə birləşdirən fənləri əlavə edilmişdir. Şagirdlər fiziki və zehni inkişaf dəstəkləyən dərnəklərdən yararlanma imkanı əldə edərək müxtəlif məktəbdaxili və beynəlxalq olimpiadalarda iştirak etmə imkanını qazanacaqlar. Bu proqram çərçivəsində şagirdlər xüsusi metodika ilə rus və ingilis dillərini və Azərbaycan dilini dövlət dili kimi dərindən öyrənəcəklər. Eyni zamanda məktəbdə şagirdlərə müvafiq dəstəyin verilməsi məqsədi ilə inkluziv təhsil təşkil ediləcək və şagirdlərə mütəmadi dəstəyin verilməsi üçün həm yerli həm də əcnəbi mütəxəssislər tərəfindən monitorinq aparılacaq.

Bənzər yazılar

Gürcüstana səfərimiz olacaq!

Noyabrın 18-dən 23-dək Gürcüstana məktəb səfərimizi məmnuniyyətlə elan edirik! Bu,şagirdlərə yeni mühitə atılmaq və öyrənmək üçün əla bir fürsət təqdim edir. Əlavə məlumat üçün +994

Read More »

Ali&Nino kitab sərgisi

Ali&Nino kitab sərgisi məktəbimizdə böyük maraqla qarşılanıb. İngilis və rus bölməsindən olan şagirdlərimiz müxtəlif kitablarla tanış olub və ən bəyəndiklərini əldə etmək fürsəti qazanıb

Read More »

Londona səfər!

Sizləri 2024-cü il dekabrın 1-dən 8-dək, zəngin tarixi, incəsənəti və mədəniyyəti ilə tanınan canlı London şəhərini, Böyük Britaniyanı kəşf etməyə məmnuniyyətlə dəvət edirik!

Read More »