Övladınızı Bakıdakı Britaniya Məktəbi tərəfindən təşkil olunan dərnəklərə ən sərfəli qiymətlərlə qeydiyyatdan keçirməyə tələsin

Uşaqların biliklərinin təkmilləşdirilməsinə təkan verən məktəbdənkənar dərslər məktəb ictimaiyyəti üçün böyük əhəmiyyət kəsb edir.
Bildiyiniz kimi, yaradıcı, tamamilə stressiz və rahat bir şəraitdə hər bir uşağa xas olan istedad və yaradıcılıq potensialının aşkara çıxarılması üçün daha əlvərişli imkanlar mövcuddur.
Bu və digər amilləri nəzərə alaraq, Bakıdakı Britaniya Məktəbində (British School in Baku) BSB-nin, eyni zamanda digər məktəblərin şagirdləri üçün təşkil olunan məktəbdənkənar dərnəklərə qeydiyyat prosesinin başlandığını elan edirik.
Bakıdakı Britaniya Məktəbi uşaqların formal təhsilini tamamlayan və zənginləşdirən geniş dərnəklər proqramını təklif edir.
Uşaqların yaradıcılıq, texnologiya, musiqi, idman, xarici dillər kimi bacarıqlarının artırılmasına yönəldilmiş dərnəklər, komanda ruhu və təxəyyülün inkişafına töhfə verməklə yanaşı, eyni zamanda ədalətli oyun prinsiplərini aşılayır.
Dərslər çoxşaxəlidir və təcrübəli müəllimlərimiz tərəfindən aparılır.
Sizlərə dərnəklərin sihayısını təqdim edirik:
1) Şahmat
2) Azərbaycan rəqsləri
3) Yoqa
4) Aerobika
5) İncəsənət – Heykəltəraşlıq, Rəsm və Rəsmxətt
6) Musiqi – Piano və Gitara
7) Dil – Fransız, Alman, İspan və Ərəb
8) Azərbaycan klassik mahnıları
9) Robototexnika
10) Kulinariya dərnəyi
11) Danışıq dərnəyi
12) Balet
13) Gimnastika
14) Basketbol
15) Kikboks
16) Kapoeyra
Bizimlə əlaqə saxlayın və qeydiyyat prosesində sizə kömək etməkdən məmnun olarıq.
Bakıdakı Britaniya Məktəbinin saytı: https://bsb.edu.az/
Əlaqə nömrələri: (99412) 465-80-86 (99412) 447-40-81
WhatsApp nömrə: +994 55 431 01 08
Mobil nömrə: +994 50 762 99 07
E -poçt ünvanı: [email protected]

Bənzər yazılar

2023 IGCSE İmtahan nəticələri

BSB, IGCSE imtahanlarında əldə etdiyimiz uğurlu nəticələri böyük bir şərəflə təqdim edir! Şagirdlərimiz bir daha təhsil bacarıqlarını göstərərək, ortalama 94% olmaqla üstün nəticələr əldə etdilər.

Read More »