NCUK Proqramı: Xaricdə ən yaxşı təhsil

NCUK Proqramı Britaniyanın ən aparıcı ali məktəblərinin birgə konsorsiumudur. Bu proqram 2019-cu ildə qurulduğu gündən bu günə qədər dünya üzrə ən aparıcı universitetlərə beynəlxalq zəmanətlə daxil olma imkanı yaradır. NCUK Bakıdakı Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Bəsti Ağarzayeva, qısa zamanda mərkəzi ən aparıcı və populyar təhsil ocağına çerirməyi bacarmışdır.

– Bəsti xanım, NCUK proqramının 2019-cu ildən etibarən   genişlənməsi haqqında nə deyə bilərsiz?

 – Birləşmiş Krallıq Milli Konsorsium proqramının Bakıda artan populyarlığı ilə fəxr edirik. Məmnuniyyətlə bildirmək istəyirəm ki, NCUK Baku Beynəlxalq Tədris Mərkəzinin yeni ofisi MiniBoss Beynəlxalq Biznes Məktəbinin binasında açılmışdır. Ünvan-Bakı şəhəri, Əliövsət Quliyev küç.142, Nizami kinoteatrının yanı.

Bu yenilik bizə gənlərlə yaxından münasibət qurmaq, İngiltərədə və ya istənilən beynəlxalq universitetdə təhsil almaq istəyən hər bir gənclə danışmaq imkanı verəcəkdir.

Mərkəzdə təkcə Böyük Britaniyada deyil, həmçinin ABŞ, Avropa, Türkiyə və s. ölkələrdə təhsil almağı planlaşdıran gənclərə “Təhsil” mövzusunda məsləhətlər verməyi planlaşdırırıq. NCUK beynəlxalq təhsil proqramı 60-dan çox universitet tərəfindən tanınır.

Dünya üzrə, NCUK tələbələrinin 90% -i ilk seçdikləri universitetlərə qəbul olurlar.

1987-ci ildən etibarən NCUK proqramı vasitəsi ilə, hər il 100-dən çox millətdən, 30,000 dən çox beynəlxalq tələbə universitetlərə daxil olub. Biz Bakıda uğur qazanmağımız və yeni ofisimizdə müxtəlif məktəblərdən olan tələbələrə məktəblərini tərk etmədən ən yaxşı universitetlərə daxil olmaq şansını verməyimizlə qürur duyuruq. NCUK proqramının hədəfi şagirdlərə sadəcə akademik bilik vermək deyil, əlavə olaraq, onları universitet həyatı ilə tanış etmək, fərqli mədəniyyətlərə uyğunlaşdırmaq və rəqabət bacarıqlarını gücləndirməkdir.

 

-Mərkəzinizin tələbələri hansı ölkələri seçib və onların xarici ölkələrlə bağlı təəssüratları necədir?

  Onlar getdikləri ölkələrdən çox razıdırlar.Biz mütəmadi olaraq onlarla əlaqə saxlayır və akademik fəaliyyətləri ilə tanış oluruq. Bizim tələbələr keçən il bir çox aparıcı universitetlərə daxil ola bilmişlər. Buna misal olaraq Böyük Britaniyada Exeter, Leeds, Lancaster kimi tanınmış universitetləri göstərə bilərik! Təbii ki, onlar pandemiya zamanı onlayn təhsilə uyğunlaşmalı olublar, lakin bu onların müvəffəqiyyətlərinə təsir etməyib. Bəzi tələbələrimiz hətta təqaüd qazanıblar. Mən bildirmək istərdim ki, artıq Böyük Britaniyadakı universitetlərin 2021–ci ilin sentyabr ayından açılması nəzərdə tutulub.

 

 -Bildiyimiz kimi, siz təkcə ölkədə deyil, ən yaxını Özbəkistan olmaqla, ətraf bölgələrdə də, NCUK proqramını təklif edən yeganə mərkəzisiniz;  Bu NCUK Bakını bu regiondakı elit qrupuna daxil edir. Pandemiya dövründə bu məsələ necə əhatə olunur?

 Bəli, biz regionun yeganə mərkəzi statusunu saxlamaqdan olduqca məmnunuq. Qlobal İxtisas sertifikatları üzrə Milli İnformasiya Mərkəzinin NCUK proqramını akkreditasiya etdiyi üçün verdiyimiz diplomlar beynəlxalq sferada qəbul olunur.

Tələbələr və valideynlər proqramları seçərkən çox diqqətli olmalıdırlar, çünki proqram akkreditasiya olunmazsa, onlar universitet dərəcəsi proqramlarına qəbul edilməyəcəklər.

Əlbəttə ki, dünyanın digər ölkələrində olduğu kimi biz də bizə həm onlayn həm də sinifdə təhsil imkanı verən qarışıq tədris metoduna uyğunlaşmışıq. Bunula yanaşı bizim onlayn təhsil platformamız da tam olaraq fəaliyyət göstərir.

-Son olaraq NCUK proqramında gələcək planlarınızda bağlı nə demək istərdiniz?

  Akademik menecerimiz Trishna Kimtani ilə birlikdə güclü və çalışqan müəllim komandamız gələcək planlarımızın həyata keçməsi üçün çox əzmlidirlər. Pandemiya bitdikdən sonra tədris proqramını inkişaf etdirərərək  beynəlxalq Kembric standartlarını daha da inkişaf etdirməyi hədəfləyirik.

Ms. Trishna Kimtani: Bizim əsas məqsədimiz tələbə və Birləşmiş Krallıq universitetləri arasında güvənli əməkdaşlıq yaratmaq və NCUK proqramı vasitəsi ilə Bakıda təhsili üst səviyyəyə daşımaqdır.Biz tələbələrin məqsədlərinə ən uyğun şərtlərlə çatmasına köməklik göstəririk.

Sübutlar öz sözünü deyir; buna görə də IFY ISC NCUK Baku 2020/2021 tələbələrinin nəticələrini sizinlə paylaşıram:

Najima Jafarli – Manchester University, University of Birmingham, University of Bristol, UK.

Ajdar Ismayilov –University of Leeds, Sheffield University, Liverpool University, Manchester Metropolitan University, UK.

Leyla Latifova – York University, Ontario, Canada.

Marat Mammadov – offer from Sheffield University, Brunel University of London, University of Kent, Royal Holloway University, UK.

Abdullah Ahad Khalid Mohammer – University of Central Lancashire, University of Bradford, Birmingham University, UK.

Aladdin Rustamov – Koc University, Bahcesehir University. Istanbul, Turkey.

Növbəti 2021/2022-ci tədris ili üçün qəbul artıq açıqdır. Siz ISC NCUK Bakının yeni ofisinə birbaşa müraciət edə bilərsiz

www.ncukbaku.com ncuk_baku [email protected]

 

Mənbə: Azeri Observer

Bənzər yazılar

BSB Tam Orta İnnovasiyalar Məktəbi şəhid övladlarının təhsil xərclərini öz üzərinə götürüb

2021-2022-ci tədris ilində BSB Tam Orta İnnovasiyalar Məktəbi vətən müharibəsi şəhidlərinin – Azərbaycan Ordusunun mayoru Suleymanov Eminin, Azərbaycan Ordusunun kiçik çavuşu İsmayılov Zöhrabın və Azərbaycan Ordusunun giziri Kəlbiyev Telmanın övladlarının xərclərinin tam ödənişinin qarşılanmasını öz üzərinə götürüb.

Read More »