BSB Tam Orta İnnovasiyalar Məktəbi şəhid övladlarının təhsil xərclərini öz üzərinə götürüb

2021-2022-ci tədris ilində BSB Tam Orta İnnovasiyalar Məktəbi vətən müharibəsi şəhidlərinin – Azərbaycan Ordusunun mayoru Suleymanov Eminin, Azərbaycan Ordusunun kiçik çavuşu İsmayılov Zöhrabın və Azərbaycan Ordusunun giziri Kəlbiyev Telmanın övladlarının xərclərinin tam ödənişinin qarşılanmasını öz üzərinə götürüb.

Qeyd etmək lazımdır ki, “BSB” Tam Orta İnnovasiyalar Məktəbi (British School in Baku) 2007-ci ildən etibarən fəaliyyət göstərir. Məktəb, Britaniya təhsil standartlarına cavab verən, eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris plan və proqramını tətbiq edən özəl məktəbdir. “BSB” Tam Orta İnnovasiyalar Məktəbinin məzunlarının əksəriyyəti dünyanın nüfuzlu universitetlərində təhsil alır.

“BSB” Tam Orta İnnovasiyalar Məktəbi yeganə məktəbdir ki, məzunlara Azərbaycanın milli Attestatı ilə yanaşı, beynəlxalq İGCSE və A Level diplomları da verir. Məktəbdə yerli müəllimlərlə yanaşı, 40-dan çox yüksək ixtisaslı xarici müəllimlər də çalışır.

Bənzər yazılar

Novruz konserti

Məktəbimizdə Novruz konserti keçirildi! Şagirdlərimiz milli geyimlərini geyinərək Novruz bayramının gəlişinə aid mahnılar oxudular, şeirlər söylədilər və səhnəciklər nümayiş etdirdilər. Bayram ruhunu yaşamaq, ənənələrimizi qorumaq

Read More »

Şagirdimiz dünya birincisidir!

Məktəbimizin fəxri Ceyla Abbasbəyli iştirak etdiyi Hi-Lingua yarışmasında fransız dili üzrə yalnız Azərbaycanda deyil, bütün dünya üzrə birinci yeri qazanmışdır. Qeyd etmək istərdik ki, bu

Read More »