Universitet sərgisi

Məktəbimizdə İngiltərə, ABŞ, İsveçrə, İtaliya, BƏƏ, Macarıstan, Bolqarıstan, Hindistan və başqa ölkələrin 15-dən çox universitet və özəl məktəblərinin iştirakı ilə Universitet sərgisi keçirilib.

Tədbirdə parlaq gələcək üçün addımlayan şagirdlərimizə müxtəlif təhsil imkanları və şərtləri təqdim edilib. Valideynlərin də dəvətli olduğu tədbirimiz böyük marağa səbəb olub. Sərgi iştirakçılarına hər universitetin nümayəndələri tərəfindən ətraflı məlumat və müxtəlif simvolik hədiyyələr təqdim edilib.

Bənzər yazılar