Məktəbimizdə Müasir xarici dil seçimi üzrə rus, fransız və alman dilləri üzrə qrup bölgüsü mövcuddur. Belə ki, şagirdlərimizin seçimi ilə təyin olunan bu qruplarda hər dil üzrə peşəkar müəllimlərimiz tədris prosesində iştirak edir. Şagirdimiz Elene Gabrielashvili Müasir xarici dil seçimi olan Rus dili imtahanından 100% nəticə göstərmişdir. Bu uğur münasibəti ilə onu təbrik edir, uğuru ilə fəxr edir və gələcək təhsil həyatında daha böyük nailiyyətlər arzu edirik!

Məktəbimizin Müəllimi Səbinə Abdullayeva OIC Mədəniyyət Festivalında Məktəbimizi Təmsil Etdi
5–11 dekabr 2025-ci il tarixlərində Bakı şəhərində keçirilən *OIC Mədəniyyət Festivalı: Baku Creative Week 2025* çərçivəsində müxtəlif ölkələrdən nümayəndələr bir araya gəldi və İslam dünyasının

