BSB-nin nəzdində yeni bağça tipli tədris və inkişaf mərkəzi fəaliyyətə başladı

Övladlarımızın təməlinin möhkəm, uğurlu olması üçün Mərkəzimizdə övladlarınızın xoşbəxt, sağlam və dünyagörüşünün daha fərqli, günlərinin mənalı,olması üçün rəngarəng, interaktiv oyunlar, məşğələlər və xüsusi Britaniya proqramı ilə tədris və tərbiyəsi təşkil olundu.
Xidmətlərimiz:
Mərkəzimiz həftə içi 5 gün, saat 08:30-dan 18:00-dək fəaliyyət göstərir.
1-5 yaşa qədər uşaqlar qəbul olunur.
08:00-dan 08:30-dək övladlarınızı təhvil verib,17:30-dan 18:00-dək təhvil ala bilərsiz.
Gün ərzində 5 dəfə qidalanma: 3 dəfə ana yeməyi,meyvə və çay saatı.
İngilis dilində yüksək keyfiyyətli təlim və məşğələlərimiz xarici və yerli mütəxəssis müəllimlər tərəfindən tədris olunur.
Təcrübəli  Psixoloqlar, Defektoloq-Loqopedlər (xarici və yerli), psixi problemi olan və nitqində qüsur olan uşaqlarla  yaxından maraqlanır, onların sağlam inkişafı üçün xüsusi təlimlər və məşğələlər keçir.
Təcrübəli dayələrimiz isə bütün gün ərzində uşaqların qidalanması, təmizliyi qayğısına qalır, sanitariya-gigiyena qaydalarının pozulmamasına diqqət yetirirlər.
Britaniya proqramına əsaslanan dərs saatlarından əlavə olaraq,  rəqs,gimnastika, şahmat, rəsm,  musiqi və First aid dərsi daxildir.
Online izləmə mövcuddur. Mərkəzimizin məzunlarına Beynəlxalq Sertifikatla yanaşı Azərbaycan Sertifkatı da verilir.
Bu sertifkatlar beynəlxalq aləmdə tanınır və uşaqlar Britaniya məktəbinə imtahansız qəbul olur, həm də onlara təhsil haqqını ödəmədə güzəştlər edilir.
Mərkəzimizin illik ödəniş haqqı 7000  manatdır, ödənişi hissə-hissə həyata keçirmək imkanı var.
Əziz valideynlər, hələ uşaq yaşlarından övladlarınızın zehni, fiziki və emosional inkişafına diqqət edirsiz, gözəl davranışlı, qabiliyyətli, yaradıcı, təfəkkürü güclü, əməkdaşlıq etmək və ünsiyyət qurma bacarıqlı, mədəni olmasına çalışırsınız. Bütün bunları uşaqlarınızda görmək istəyirsinizsə, övladlarınızı bizə etibar edə bilərsiniz.
“HƏR ZAMAN GÜLÜMSƏ” devizi ilə çalışan BSB nəzdində olan mərkəzimiz, dəyərli varlığımız olan körpələrimizin sağlam və xoşbəxt gələcəyi üçün bir yumruq altında birləşib.
Dekabrın 20-si saat 11:00 da  Məktəbimizin nəzdində olan Mərkəzimizin açılışı olacaq, dekabrın 2-dən yanvarın 5-dək qeydiyyatdan keçən yeni hər uşağımıza 10% endirim olacaq.  Açılış gününə qədər qeydiyyatdan keçən hər balacamıza Şaxta babanın xüsusi hədiyyəsi olacaq.

Qeydiyyat: Gülnaz x.051-215-75-16

Bənzər yazılar

Kitab həftəsi

Bakıda Britaniya məktəbində Kitab Həftəsi keçirilib. Şagirdlər arasında müxtəlif yarışlar baş tutub və qaliblər sertifikatlarla mükafatlandırılıb. Kitab həftəsinin son günündə şagirdlər məşhur əsər qəhrəmanlarını müxtəlif

Read More »