Bakıdakı Britaniya Məktəbi ISOPS Məktəbi ilə birlikdə İctimai Nitq dərsləri təşkil edəcək

1 oktyabr tarixindən etibarən Bakıdakı Britaniya Məktəbi ISOPS Məktəbi ilə birlikdə İctimai Nitq dərsləri təşkil edəcəkdir.

Bu, şagirdlərdə nitq, ünsiyyət, liderlik, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyi və gələcək liderləri yetişdirməyi hədəfləyən bir sosial dərnəkdir.

ISOPS Məktəbinin “ESU – İngilis Dili Birliyi” nin (İngiltərə) fəxri üzvü olduğunu da qeyd etmək istərdik.  Şagirdlərimiz aşağıdakı imkanlardan yararlana biləcəklər

  1. Məktəb daxilində “Danışıq Sənəti” Sosial Dərnəyinə qoşulmaq;
  2. ISOPS Məktəbinin yerli və beynəlxalq layihələrində iştirak etmək;
  3. Bacarıq kurslarına qatılmaq (İctimai nitq, Özünü İnkişaf etdirmə, Yaradıcı Yazı və Düşüncə).

Qeyd etmək lazımdır ki, 2020 -c ildə şagirdimiz Nəzrin Cabbarlı Azərbaycan İctimai Nitq Müsabiqəsində üçüncü yeri tutmuşdur.

Bənzər yazılar