İbtidai Məktəb
İbtidai Məktəb ingilis, riyaziyyat və təbiət elmləri üzrə Kembric İbtidai Təhsil Proqramının və Tarix, Coğrafiya, Dizayn və Texnologiya, Şəxsi, Sosial və Tibbi Maarifləndirmə (ŞSTM), İncəsənət, Musiqi, İKT və Bədən Tərbiyəsi fənləri üzrə İngiltərə və Uels Milli Tədris Proqramının kombinasiyasını dəstəkləyir.
Bizim tədris kitablarımız tələbələrə kömək üçün Nelson tərəfindən tərtib olunan əsas İngilis mətni və dərs ləvazimatı kimi Collins Beynəlxalq İbtidai İngilis və digər dərs ləvazimatları olmaqla fərqlidirlər. Biz riyaziyyat üçün Abacus İbtidai Riyazi kitab və dərs ləvazimatları ilə dəstəklənən onlayn sayt olaraq Abacus Fəal Tədris Proqramından istifadə edirik. Collins Beynəlxalq İbtidai Kitablarından təbiət elmi, coğrafiya və tarix dərsləri üçün istifadə olunur. Müəllimlər də həmçinin ŞSTM dərslərini dəstəkləmək üçün Təhsilin Sosial və Emosional Aspektlərini tətbiq edirlər.
Sinif müəllimləri, müəllim köməkçiləri, köməkçi müəllimlər və mütəxəssis müəllimlər tərəfindən diqqətli planlaşdırma cəlb edilən bütün maraqlı tərəflər vasitəsilə təşkil edilir. Planlaşdırma şablonları Birləşmiş Krallıqda olanları əks etdirmək üçün hazırlanır. Hər bir fənni birləşdirən istiqamətlər tədris proqramının kompleks şəkildə çatdırılması səviyyəsində işlənib hazırlanır.
Avadanlıqlar
İbtidai məktəb İncəsənət, Musiqi, Bədən Tərbiyəsi və İKT üzrə avadanlıqlar ilə təchiz edilmişdir. Bütün sinif otaqları tədris üçün istifadə edilən interaktiv proqramlara şərait yaradan yazı taxtası və projector ilə təmin edilmişdir.
Sinif otaqlarında, məktəblilərin öz çantalarını, kitablarını və digər ləvazimatlarını saxlamaq üçün şkaf və kabinləri olan müasir stol və stullar var. Bizdə həmçinin müxtəlif fənlər üzrə sinif otaqlarında istifadə edilən və Birləşmiş Krallıqdan alınan geniş çeşiddə dərslik və dərs ləvazimatları vardır.
İbtidai məktəb tədris prosesinə kömək etmək baxımından geniş sayda səmərəli resurslara malikdir. Məktəb həmçinin sinif otağında tələb olunan dəftərxana ləvazimatları ilə təmin edir.
Ev və Məktəb
Bütün iştirakçılarda valideynlərə və himayədarlara ötürüləcək məlumatları özündə əks etdirən Ev Tapşırığı Gündəlikləri var. Bundan əlavə, gələcəkdə valideynlə əlaqə yaratmaq üçün biz onlayn idarəetmə sistemindən istifadə edirik. Hər həftə valideynlərə, növbəti həftə üçün planlaşdırılmış işi nəzərdən keçirmək imkanı verilməklə “Tədris Əlaqə” forması göndərilir. Bütün müəllimlər valideynlərə əlavə məlumat əldə etmək imkanı verən Sinif Dojo sistemindən istifadə edirlər. Biz də həmçinin onların uşaqlarının oxuduqları qeydiyyat kitabı ilə birlikdə hər gün Oxu Qeydiyyat Kitabını göndəririk.
Tədris ilinin əvvəlində biz, valideynlərin müəllim, tədris metodları, davranışa nəzarət sistemi və sair bu kimi vasitələr ilə tanış olduqları təqdimat axşamı təşkil edirik.
Növbəti semestrlərdə hesabatları müzakirə etmək məqsədilə valideyn və müəllimlər arasında iclaslar da keçirilir. Sinif otağında təşkil olunan tədrisi izləmək üçün bir qədər vaxt keçirmək məqsədilə valideynlərin dəvət edildiyi açıq səhər dərsləri də keçiririk.
Bundan başqa, valideynlər Bilik Günü, Dekabr Konserti, Novruz Konserti, BBM Bazaar və s. tədbirlərə dəvət alır. Valideyn Komitəsi valideynlərin məktəbə cəlb oluna bilməsi üçün vacib yerdir və biz valideynləri bura qoşulmaq üçün onları dəvət edirik.
Qiymətləndirmə işləri
Hər ikisi: ev və məktəb məktəblilərin bizim tədris planı çərçivəsində nə dərəcədə müvəffəqiyyətlə təhsil almasını bilməlidir.
Bizim qiymətləndirmə proqramı ibtidai fənlər üzrə Orta Təhsil səviyyəsində istifadə edilən Kembric Tədris Planını, həmçinin İngiltərə və Uels Milli Tədris Planını birləşdirmək məqsədilə dəyişdirilmişdir.
Bütün müəllim heyətinin üzvləri müntəzəm qaydada məktəbliləri qiymətləndirmək üçün rəsmi və qeyri-rəsmi (Orfoqrafik Testlər və Əqli Riyaziyyat testləri, yekun qiymətləndirmələr, formative qiymətləndirmə, qrup qiymətləndirmələri və s.) metodlar tətbiq edirlər. Bundan əlavə, müəllimlər bütün siniflər üzrə bu qiymətləndirmə üzrə yenilənmiş və təsdiqlənməmiş qeydləri saxlayırlar.
Çalışqanlılıq testləri
Payız və yaz semestrlərində daxili qaydada hazırlanmış kompleks qiymətləndirmələr ingilis dili, riyaziyyat və təbiət elmi fənləri üzrə həmin semestrdə tədris olunmuş proqramı əhatə edir. Tədris ilinin son semestrində, yay semestrində məktəblilər Kembric Universiteti tərəfindən yerləşdirilən ingilis dili, riyaziyyat və təbiət elmi fənləri üzrə çalışqanlılıq testlərini başa vururlar. Bu qiymətləndirmə 3-cü sinifdən 6-cı sinifə qədər bütün məktəblilər üçün daxili qaydada qeyd olunur və məcburidir.
Yoxlama Qiymətləndirmələri
Çalışqanlılıq Testlərinə əlavə olaraq, bütün 6-cı sinif məktəbliləri Kembric qiymətləndirməsini başa vururlar. Bu Yoxlama Qiymətləndirməsi ingilis dili, riyaziyyat və təbiət elmi fənləri üzrə olan tədris planını əhatə edir. Bu qiymətləndirmə prosesi aprel ayında olur və nəticələr onların qeyd olunduqları məktəbə göndərilir. Məktəblilər İbtidai Məktəbi bitirməsi və Orta Məktəb səviyyəsinə keçid edə bilmək üçün sertifikat alırlar.
KS1 və Qəbul olunma Qiymətləndirməsi
KS1 siniflərində məktəblilər daxili qaydada hazırlanmış metoddan istifadə etməklə, ingilis və riyaziyyat fənləri üzrə qiymətləndirilir. Qəbul olunma üçün nəzərdə tutulan məktəblilər qiymətləndirilmir; buna baxmayaraq, çalışqanlılıq və tədris profilləri ilə əlaqədar qeydlərdə onların uğurları qeydə alınır.
Hesabatlar
Təhsil müəssisələrinin akademik karyeralarında necə işləməsi ilə əlaqədar bir-biri ilə əlaqə saxlaya bilməsi üçün ən vacib yollardan biri hesabatlardır. BBM hesabatları istisna edilmir və məktəblilərin çalışqanlılığı haqqında hərtərəfli məlumat vermək məqsədilə hazırlanmışdır.
KS1 və KS2 hesabatları
Bu hesabatlar semestrin sonundakı hər bir qiymətləndirmədən sonra ildə üç dəfə təqdim olunur. Biz Kembric İbtidai Tədris Planına əsaslanan qiymətləndirmə sistemindən istifadə edirik və gələcəkdə səviyyələri ayırmaq üçün – və + simvollarını tətbiq edirik. Qiymətləndirmə sistemi tələbələrin qiymətləndirildiyi fənlər üzrə nəzərdə tutulur. Lütfən nəzərə alın, C- və C+ məktəblilər üçün qəbul edilə bilən əla qiymətlərdir və Birləşmiş Krallıqda bir çox iştirakçılar üçün müvafiq səviyyədə istifadə olunur. Əlavə olaraq, bizdə həmçinin hesabatda ətraflı təsvir edilən Cəhd Bölməsi də vardır. Bu isə məktəblilərin xüsusi semestr ərzində özlərini necə nümayiş etdirdiyini göstərir.
Qəbul olunma Hesabatları
Bu iştirakçılar rəsmi qiymətləndirmədən keçmədikləri üçün qeyd olunan hesabatlarda qiymətləndirmə olmur. Onların hesabatları, aşağıdakı Başlanğıc Sahələr; Ünsiyyət və Dil, Fiziki İnkişaf, həmçinin Şəxsi, Sosial və Emosional sahələr üzrə təsdiq olunmamış qeydlərdən ibarətdir. Bundan əlavə, ingilis dili, riyaziyyat, təsviri incəsənət və dizayn və həyat bilgisi fənləri kimi xüsusi sahələrdə ətraflı rəylər qeyd olunur.