ZƏFƏR GÜNÜ – 8 Noyabr
Zəfər Günü Azərbaycanın şanlı tarixində xüsusi əhəmiyyət daşıyan, xalqımızın qəhrəmanlıq, birlik və güc simvoluna çevrilmiş bir gündür. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində böyük zəfər qazandı. Bu gün Qarabağın tacı sayılan Şuşa şəhəri işğaldan azad edildi və bununla da düşmən tamamilə məğlub edildi.
Bu tarixi qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Şəhidlərimizin qanı yerdə qalmadı, qazilərimizin mübarizəsi tarixə qızıl hərflərlə yazıldı.
Zəfər Günü hər il ölkəmizdə böyük coşqu və qürur hissi ilə qeyd olunur. Məktəblərdə, dövlət qurumlarında, ictimai yerlərdə müxtəlif tədbirlər keçirilir, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir. Bu gün təkcə hərbi zəfərin yox, həm də milli birliyin, xalq–ordu–dövlət birliyinin təntənəsidir.
Qoy Zəfər Günümüz mübarək olsun! Qarabağ Azərbaycandır!


