Yeni Tədris İlinə Böyük Sevinclə Başladıq!

Yeni Tədris İlinə Böyük Sevinclə Başladıq!

BSB məktəbi olaraq 2025–2026-cı tədris ilinə böyük həvəslə və sevinc hissi ilə başladıq. Məktəbimizin həyətində, dəhlizlərində və sinif otaqlarında yenidən şagirdlərin gülüş səslərinin eşidilməsi biz müəllim və məktəb heyəti üçün sonsuz qürur və motivasiya mənbəyidir.

Yeni dərs ilinin ilk günü şagirdlərimiz üçün həm həyəcanverici, həm də yaddaqalan oldu. Müəllimlərimiz uşaqları sevgi ilə qarşılayaraq, onlara dəstək verdilər və təhsilin yalnız öyrənmək deyil, eyni zamanda birlik, dostluq və mənəvi inkişaf olduğunu bir daha xatırlatdılar.

Bu tədris ilində də əsas məqsədimiz hər bir şagirdin potensialını üzə çıxarmaq, onlara müasir təhsil imkanları yaratmaq, akademik biliklə yanaşı yaradıcı və sosial bacarıqlarını da inkişaf etdirməkdir.

Məktəb rəhbərliyi olaraq inanırıq ki, ailələrin dəstəyi ilə birgə uğurlara imza atacaq, bu ili hər kəs üçün unudulmaz və məhsuldar edəcəyik.

Bütün şagirdlərimizə, valideynlərimizə və müəllimlərimizə yeni tədris ilində bol-bol uğurlar, sağlamlıq və yüksək nailiyyətlər arzu edirik!

 

Bənzər yazılar